"Neftçi” klubu Azərbaycan Premyer Liqasının VIII turu çərçivəsində "Qəbələ” klubu ilə keçirəcəyi oyunun hazırlığını davam etdirir. Sportnet.az-ın məlumatına görə, "ağ-qaralar" bu gün İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda əvəzedici heyətlə yoxlama matçı keçirib.
Görüşdə Azərbaycan milli komandasına dəvət olunmuş futbolçular iştirak etməyiblər. Qarşılaşmanı Braziliyanın "Fluminense” klubunun Bakıda səfərdə olan nümayəndəsi Marselo Teşeyra da izləyib.
Qeyd edək ki, oktyabrın 17-də İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda keçiriləcək "Neftçi" - "Qəbələ" matçı saat 15:30-da başlanacaq.