
Azərbaycan Premyer Liqasının XII turunda keçirilən "Qəbələ" - "İnter" matçında meydan sahibləri itki ilə üzləşib. Sportnet.az-ın məlumatına görə, komandanın üzvü Sergey Zenyov zədələnib.
O, maçtın 25-ci dəqiqəsində topsuz sahədə ayağını tutaraq yerə yıxılıb. Futbolçunun oyunu davam etdirə bilməyəcəyini görən baş məşqçi Roman Qriqorçuk estoniyalı hücumçunu Samir Zərgərovla əvəzləyib.
Qeyd edək ki, hazırda "Qəbələ" 1:0 hesabı ilə öndədir.