Futbol üzrə Avropa Liqasında qrup mərhələsinin V turu çərçivəsində Yunanıstanda PAOK-un qonağı olacaq "Qəbələ" klubu səfərə yollanıb. Sportnet.az-ın oyuna ezam olunmuş əməkdaşının məlumatına görə, komanda üzvlərini Salonikiyə çarter reysi ilə aparan AZAL-a məxsus təyyarə havaya qalxıb.
Səfərə yollanan futbolçular arasında müqavilə üzrə PAOK-a məxsus, amma icarə əsasında "Qəbələ"də çıxış edən Fakundo Pereyra da var. Argentinalı hücumçu iki klub arasındakı razılığa əsasən, meydana çıxmayacaq.
Qeyd edək ki, Salonikidəki "Tumba" stadionunda keçiriləcək PAOK - "Qəbələ" matçı yerli vaxtla oktyabrın 26-da saat 22:05-də (Bakı vaxtı ilə 27 oktyabr saat 00:05-də) başlanmacaq. 4 turdan sonra meydan sahiblərinin 3, qonaq komandanın 1 xalı var. Hazırda sonuncu pillədə olan "Qəbələ" növbəti mərhələyə yüksəlmək üçün təkcə PAOK-u deyil, son turda Bakıda "Krasnodar"ı da yenməli, eyni zamanda sabah Almaniyanın "Borussiya" (Dortmund) komandası Rusiya təmsilçisi ilə görüşdə xal itirməməlidir.