"Azəryol" klubunun prezidenti Cəmil Rüstəmxanlı "Azərreyl"lə voleybolçu qadınlar arasında Azərbaycan Super Liqası matçını canlı izləyib. Sportnet.az-ın məlumatına görə, gənc prezident klubunun 3:2 hesablı qələbəsinə şahidlik edib.
Oyundan sonra komanda üzvlərini təbrik edən Rüstəmxanlı onlara gələcək qarşılaşmalarda uğurlar arzulayıb.
Qeyd edək ki, hazırda "Azəryol" 8 xalla 3-cü pillədə qərarlaşıb.