
İsveçrənin Lozanna şəhərində Beynəlxalq Olimpiya Komitəsinin (İOC) yeni inzibati binasının təməli qoyulub. Sportnet.az-ın "Insidethegames"ə istinadən məlumatına görə, təntənəli mərasimə qurumun rəhbəri Tomas Bax və İcraiyyə Komitəsinin üzvləri qatılıblar.
İnzibati bina Danimarka şirkəti tərəfindən tikilir. O, 161 milyon dollara ərsəyə gələcək. Binada İOC-un 600 işçisi çalışa bilər.

