Güləş Federasiyasının mətbuat xidmətinə açıqlama verən 23 yaşlı pəhləvan Özbəkistanın paytaxtı Daşkənddəki mundialda 61 kq çəkidə çempion olmağında təlim-məşq toplanışları zamanı yüksək səviyyədə hazırlıq prosesi keçmələrini qeyd edib. O, görüşləri barədə də danışıb: "Finala qədər 4 rəqiblə qarşılaşdım. Ukrayna və Kuba idmançıları görüşüm çox gərgin oldu. İlk hissədə çox yoruldum. Fasilədə məşqçilərin tövsiyyələrini diqqətlə dinlədim və bu məni qələbəyə bir daha ruhlandırdı. İran idmançısı üzərində qələbəni səbirsizliklə gözləyirdim. Buna qədər iranlı güləşçi ilə iki dəfə qarşılaşmışdıq. Birində o, birində isə mən qələbə qazanmışdım. Final görüşünün sonunda əlimi yuxarı qaldırmaqla İran güləşçisinə jest edərək ondan daha üstün olduğumu bildirmək istədim. Sübut etdim ki, 2014-cü ilin ən güclüsü mənəm".
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |