
Tofiq Bəhramov adına Respublika stadionunda ot örtüyünün yenilənmə prosesinə start verilib. Sportnet.az-ın məlumatına görə, işlər AFFA ilə Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı əsasında görülür.
Hazır ot örtüyünün döşənməsi ilə bağlı işlərin sentyabrın 16-dək yekunlaşdırılması nəzərdə tutulub. Ertəsi gün bu arenada "Qarabağ" və Fransa "Sent Etyen"i Avropa Liqasının qrup mərhələsinin ilk tur matçı öncəsi məşqə çıxacaqlar. Oyun isə sentyabrın 18-də saat 21:00-da başlanacaq.