
"Qarabağ" klubunun futbolçusu Riçard Almeyda ata olub.
Sportnet.az-ın məlumatına görə, yarımmüdafiəçinin qızı dünyaya gəlib.
Futbolçu sosial şəbəkədə bununla bağlı foto paylaşıb.
Qeyd edək ki, Riçard Almeyda bir neçə gün əvvəl İdman Araşdırmalar Mərkəzi tərəfindən "ilin legioner futbolçusu" seçilmişdi.