
Azərbaycan millisi komandasının qapıçısı Kamran Ağayev təkcə klubunu deyil, imicini də dəyişib. Sportnet.az-ın məlumatına görə, 29 yaşlı qolkiperin yeni fotosu yeni klubu "Kayserispor"un rəsmi saytının əsas komanda bölümündə yerləşdirilib.
Sərdar Kulbilgə və Ərdoğan Kayacandan sonra o, 3-cü qapıçı kimi göstərilib. 36 nömrəli formanı seçən Ağayevin zahiri görkəmi də diqqət çəkir.










































































