Argentina milli komandasının sabiq futbolçusu və baş məşqçisi Dieqo Maradona plastik əməliyyatla üz dərisini dartdırıb. Sportnet.az-ın "Primicias Ya"ya istinadən verdiyi məlumata görə, 55 yaşlı dünya çempionu gözlərinin altındakı şişlərdən azad olub.
O, eyni zamanda sifət dərisinin lazerlə gəncləşdirilmə prosedurunu keçib. Maradonanın 24 yaşlı rəfiqəsi Rosio Olivadan çox da yaşlı görünməmək üçün bu addımı atdığı bildirilir.
Qeyd edək ki, Dieqo Maradona yeni görkəmdə ilk dəfə Kubada özünün iştirakı ilə idman proqramının çəkilişləri zamanı peyda olub.