1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Zenit"in futbolçusundan cəsarətli addım!
Rusiyanın "Zenit" klubunun futbolçusu Anatoli Timoşuk Ukrayna Silahlı Qüvvələrinin əsgərlərinə baş çəkib. Sportnet.az-ın "Seqodnya.ua"ya istinadən məlumatına görə, 36 yaşlı yarımmüdafiəçi Ukrayna yığmasının nümayəndə heyətinin tərkibində Kiyev hərbi hospitalında olub.
Rusiyanın himayə etdiyi separatçılara qarşı vuruşanlarla görüşə yığmanın daha 5 oyunçusu, qapıçılarla işləyən məşqçi və Ukrayna Futbol Federasiyasının yeni prezidenti Andrey Pavelko da yollanıb. Futbolçular əsgərlərə oyun maykası, şərf, vımpel və digər atributlar hədiyyə edib. Döyüşçülərdən bir neçəsinin mayın 27-də İspaniya ilə Sevilyada keçiriləcək AVRO-2016-nın seçmə qrup matçına yollanacağı bildirilir. "Zenit"in Timoşukun hərəkətinə klubu tərəfindən heç bir reaksiyanın verilməyəcəyi bildirilir. Ona Rusiya Futbol İttifaqı da heç bir cəza kəsməyəcək.
Qeyd edək ki, Anatoli Timoşuk "Zenit"də 2013-cü ildən çıxış edir. Daha öncə o, 2007 - 2009-cu illərdə də bu klubun formasını geyinib. Hazırda Timoşuk Ukrayna yığmasının kapitanıdır.