
"Bakı 2015" I Avropa Oyunları Məşəlinin yandırılacağı yer və dolaşacağı məkanlar açıqlanıb. Sportnet.az-ın məlumatına görə, Məşəl aprelin 26-da Bakının Suraxanı qəsəbəsindəki Atəşgah Məbədində yandırldıqdan sonra bütün ölkə boyunca dolaşacaq.
Məşəl Bakıdan Naxçıvana, oradan cənub zonasına, daha sonra Mərkəzi Aran, Qarabağ, Qərb, Şimal Qərb, Abşeron və Şimal zonalarına aparıldıqdan sonra iyunun 7-də Bakıya qaytarılacaq. Məşəl paytaxtda bir neçə məkanda nümayiş etdirildikdən sonra iyunun 12-də Açılış Mərasiminin təşkil olunacağı Bakı Olimpiya stadionuna daxil olacaq.