Hazırda İngiltərədə səfərdə olan "Neftçi" futbol klubunun Müşahidə Şurasının üzvü Zaur Qəhrəmanov "Çelsi"nin bazasında olub. Sportnet.az-ın məlumatına görə, klub rəsmisi təəsüratlarını "Neftçi"nin rəsmi saytı ilə bölüşüb.
O deyib ki, əvvəlcə bazanın yaradılış fəlsəfəsi barədə bilgi verilib. Mərkəzin layihə müəllifi, ASL şirkətinin baş memarı olan Fil Osborn qonaqları əsas komandanın məskunlaşdığı yer və futbol akademiyası ilə tanış edib: "Bazada müxtəlif yaş qrupu komandalarının futbolçuları və inzibati heyət üçün hər cür şəraitin yaradıldığını gördük. Tibbi mərkəz və məşq zalı xüsusilə diqqətimizi çəkdi. Sonda isə salınmış meydançalar və bununla əlaqəli infrastrukturla bağlı məlumat verildi".
Z.Qəhrəmanov səfərinin nəticəsi olaraq, belə qənaətə gəlib ki, "Çelsi"nin qazandığı uğurlarda yaradılmış bu şəraitin müstəsna rolu var.