
Azərbaycanın cüdo üzrə Olimpiya çempionu Hidayət Heydərov (73 kiloqram) gözündən əməliyyat olunub.
Sportnet.az xəbər verir ki, dünya və dördqat Avropa çempionu gözündəki zəifliyə görə cərrahi müdaxiləyə ehtiyac duyub.
Qeyd edək ki, Heydərov bu ilin yayında Parisdə keçirilmiş Yay Olimpiya Oyunlarında qızıl medal qazanıb.