Azərbaycanın kişi və qadın taekvondoçulardan ibarət əsas yığmaları birləşdirilib.
Sportnet.az Azərtac-a istinadən xəbər verir ki, milli komandaya Məmməd Abdullayev rəhbərlik edəcək. Elnur Amanov böyük məşqçi funksiyasını yerinə yetirəcək.
Günay Zeynalova isə komandaya köməkçi məşqçi təyin olunub.
Qeyd edək ki, Məmməd Abdullayev bunadək kişi taekvondoçulardan ibarət millini çalışdırırdı.