
Taekvondo üzrə böyüklərdən ibarət milli komandanın məşqçilər korpusunda yeni təyinat olub.
Federasiyanın mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, təcrübəli mütəxəssis Elnur Amanov U-21 yığmasına baş məşqçi təyin edilib. Amanov bu təyinatla yanaşı, böyüklərdən ibarət millinin böyük məşqçisi postunu qoruyub saxlayır.
Qeyd edək ki, böyüklərdən ibarət millinin baş məşqçisi Məmməd Abdullayevdir.