
Azərbaycanın UFC döyüşçüsü Rafael Fiziyev orta yüngül çəkiyə keçə bilər.
Sportnet.az xəbər verir ki, bu barədə azərbaycanlı MMA idmançısı jurnalist Ariel Hervaniyə müsahibəsində deyib.
32 yaşlı döyüşçü 66 kq çəki kateqoriyasında rəqiblərinə problem yaradacağını bildirib: “Çəki dərəcəmi dəyişməyi düşünürəm. Baxmayaraq ki, Castin Qeyci ilə döyüşə az zaman kəsiyində hazırlaşmağa başladım, çəkimi azaltmaqda çətinlik çəkmədim. Hətta hər şeyin çox asan keçdiyini deyərdim. Dietoloqum belə, daha çox arıqlamamağım üçün planda dəyişiklik etməli oldu. Ona görə də bu variant haqqında düşünəcəyəm. Orta yüngül çəkidə döyüşməyi xoşlamasam da, növbəti görüşümün 66 kq-da olacağı ehtimalı var. Çəki kateqoriyamı dəyişsəm, rəqiblərim problemlərlə üzləşəcəklər”.
Qeyd edək ki, Rafael Fiziyev martın 9-da UFC 313 turnirində Castin Qeyciyə uduzub. "Ataman"ın aktivində 12 qələbə və 4 məğlubiyyət var.