
Əfqanıstanlı MMA döyüşçüsü Əhməd Həsənzadə (70 kq) UFC-dən uzaqlaşdırılıb.
Sportnet.az-ın “MMA Fighting” nəşrinə istinadən məlumatına görə, bu, 28 yaşlı idmançı həbs olunduqdan sonra baş verib.
O, ABŞ-nin Kaliforniya ştatının Sakramento şəhərində azyaşlı ilə seksual xarakterli hərəkətlərdə ittiham olunaraq saxlanılıb.
Xatırladaq ki, Həsənzadə peşəkar debütünü 2016-cı ildə edib. 2024-cü ilin sentyabrında o, Dana Uaytın İddiaçılar Seriyasında çıxış edərək, ABŞ təmsilçisi Dilan Mantellonu üçüncü raundda boğucu fəndlə məğlubiyyətə uğradıb. Ümumilikdə Həsənzadənin MMA-da 11 qələbə və 4 məğlubiyyəti var.