
Azərbaycan cüdoçusu Rəşid Məmmədəliyev Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında təsəlliverici görüşə çıxıb.
Sportnet.az xəbər verir ki, rəqib yaponiyalı Tatsuki İşihara olub.
Rəqibinə üç cərimə xalı ilə uduzan Məmmədəliyev mundialı 7-ci pillədə başa vurub.
Beləliklə, Azərbaycan cüdoçuları üçüncü yarış gününü də medalsız başa vurub. İndiyədək yığma üzvlərindən 8-i (5 kişi, 3 qadın) çıxışını başa vurub.