
Şimali Makedoniyanın paytaxtı Skopyedə cüdo üzrə yeniyetmələr arasında Avropa çempionatı start götürüb.
Sportnet.az xəbər verir ki, ilk yarış günündə 6 çəki dərəcəsində Azərbaycan millisinin 9 cüdoçusu çıxış edib.
Kişilərin mübarizəsində Anar Quliyev (50 kq), Rəsul Əlizadə (55 kq) və Zeyd Ələsgərov (60 kq) qızıl, qızların yarışında Leyla Ələkbərzadə (48 kq) gümüş, Gülşən Hüseynova (44 kq) və Leyla Ələkbərova (48 kq) bürünc medala sahib olublar.
Beləliklə, Azərbaycan millisi ilk günü 3 qızıl, 1 gümüş, 2 bürünc medalla ümumi komanda hesabında birinci pillədə başa vurub.