
Qazaxıstanın paytaxtı Astanada keçirilən boks üzrə Dünya kubokunda yarımfinal döyüşləri başa çatıb.
Sportnet.az xəbər verir ki, Azərbaycan millisinin bu mərhələdə 3 boksçusu mübarizə aparıb.
Sübhan Mamedov (50 kq) Sanjar Taşkenbayla (Qazaxıstan), Məhəmmədəli Qasımzadə (60 kq) Luis Qabriel do Naskimento (Braziliya) ilə və Məhəmməd Abdullayev (+90 kq) Aybek Oralbayla (Qazaxıstan) üz-üzə gəlib.
Rəqiblər finala yüksəldiklərindən, Azərbaycan təmsilçiləri bürünc medala yiyələniblər.
Qeyd edək ki, iyulun 6-da yekunlaşacaq Dünya kubokuna 30 ölkədən 300-dək boksçu qatılıb.