
14 və 17 yaşadək yeniyetmə cüdoçular arasında Qarabağ və Şərqi Zəngəzur bölgəsi üzrə region birincilikləri keçirilib.
Federasiyanın mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, turnirdə Ağcabədi, Ağdam, Bərdə, Tərtər, və Laçından 42 cüdoçu mübarizə aparıb.
Ağdam Olimpiya İdman Kompleksində baş tutan yarışda 9 çəki dərəcəsində qalib və mükafatçılar bəlli olub.
Qeyd edək ki, region birinciliklərinin keçirilməsində məqsəd yeniyetmə cüdoçular bazasını formalaşdırmaq və kvotalar əsasında ölkə çempionatında iştirak edəcək idmançıları müəyyənləşdirməkdir. Həmçinin, U-17 üzrə birinciliklər milli komandanın heyətinə seçim üçün vacib reytinq xalları qazandırır.
U-14 yaş kateqoriyası
38 kq
1. Röyal İsmayılov
2. Camal Şərifov
42 kq
1. Nihat Qasımlı
2. Ülvi Həsənli
46 kq
1. Coşqun Məmmədli
2. Ayxan Cavadzadə
50 kq
1. Fərid Səmədli
2. Nihad Məmmədov
3. Yusif Ağayev
55 kq
1. Kənan Ağazadə
2. Yusif Sarızadə
U-17 yaş kateqoriyası
50 kq
1. Elçin Məmmədov
2. Ramal Qənbərov
3. Qurban Abbasov
3. Çingiz Axundov
55 kq
1. Ömər Kərimli
2. Xətai Şirinov
60 kq
1. Səid Əliyev
2. Ülvi Abbaszadə
3. Elvin Məmmədli
66 kq
1. Rufan Balakişiyev
2. Şakir Məmmədov