Azərbaycan yunan-Roma güləşçisi Eldəniz Əzizli Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən dünya çempionatında finala yüksələ bilməyib.
Sportnet.az-ın məlumatına görə, 33 yaşlı idmançı yarımfinalda iranlı Payam Farzad Ahmadi Balutakiyə uduzub - 1:3.
Beləliklə, Əzizlinin 5 qat dünya çempionluğu istəyi bu dəfə alınmayıb. O, sentyabrın 19-da bürünc medal görüşünə çıxacaq.
77 kq çəkidəki Avropa çempionu Sənan Süleymanov isə bürünc medal şansını itirib. Onun 1/4 finalda uduzduğu iranlı Alireza Morad Abdevali yarımfinalda Ermənistan təmsilçisi Malxas Amoyana yenilib.
Daha bir Avropa çempionu Qurban Qurbanov (82 kq) da eyni aqibətlə üzləşib. Onun 1/4 finalda uduzduğu yaponiyalı Taizo Yoşida yarımfinalda Gürcüstan güləşçisi Gela Bolkvadzeyə məğlub olub.
Beləliklə, həm Süleymanov, həm də Qurbanov mundialda medalsız qalıb.
Daha əvvəl Beka Kandelaki (130 kq) ilk görüşündə uduzaraq, mübarizəni dayandırıb.
-------------------------------
Azərbaycan yunan-Roma güləşçisi Eldəniz Əzizli Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən dünya çempionatında yarımfinala yüksəlib.
Sportnet.az-ın məlumatına görə, 33 yaşlı idmançı mübarizəyə 1/8 final mərhələsindən başlayıb.
O, hindistanlı Anil Mora tam üstünlüklə (8:0), ABŞ təmsilçisi Ceyden Skott Raneyə 5:1 hesabı ilə qalib gəlib. Finala gedən yolda 4 qat dünya çempionunun rəqibi iranlı Payam Farzad Ahmadi Balutaki olacaq.
77 kq çəki dərəcəsində yer alan Avropa çempionu Sənan Süleymanov 1/16 finalda isveçli Per Albin Olofssonu 5:0, 1/8 finalda çinli Çunyanq Panı tam üstünlüklə (8:0) yenib. Lakin o, 1/4 finalda iranlı Alireza Morad Abdevaliyə 1:3 hesabı ilə uduzaraq, ümidini bürünc medala bağlayıb. Abdevali yarımfinalda Ermənistan təmsilçisi Malxas Amoyana uduzsa, Süleymanov mundialı medalsız tərk edəcək.
Daha bir Avropa çempionu Qurban Qurbanov (82 kq) 1/8 finalda iranlı Şahin Eydimohammad Badaqimofrada sonuncu xal prinsipi əsasında (1:1) qalib gəlsə də, 1/4 finalda yaponiyalı Taizo Yoşidaya uduzub. Yoşida yarımfinalda Gürcüstan güləşçisi Gela Bolkvadzeyə qalib gəlsə, Qurbanov bürünc medal uğrunda mübarizəyə qoşulacaq. Əks halda, o, çıxışını başa vuracaq.
Beka Kandelaki (130 kq) isə təsnifat mərhələsində Razmik Kurdyana (Ermənistan) uduzub. Kurdyan 1/8 finalda Dünya Güləş Birliyinin bayrağı altında yarışan Pavel Qlinçuka 3:5 hesabı ilə uduzduğundan, Kurdyan mübarizəni erkən dayandırıb.
----------------------
Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən dünya çempionatında bu gün yunan-Roma güləşçiləri mübarizəyə başlayacaq.
Sportnet.az-ın məlumatına görə, Azərbaycanın 4 pəhləvanı xalça üzərinə çıxacaq.
4 qat dünya çempionu Eldəniz Əzizli (55 kq), Avropa çempionları Sənan Süleymanov (77 kq) və Qurban Qurbanov (82 kq), həmçinin Beka Kandelaki (130 kq) güclərini göstərəcək.
Kandelaki təsnifat mərhələsində Ermənistan təmsilçisi Razmik Kurdyanla üz-üzə gələcək.
Qeyd edək ki, indiyədək dünya çempionatında Azərbaycanın sərbəst güləşçiləri 4 medal əldə ediblər. Giorgi Meşvildişvili (125 kq) gümüş, Nürəddin Novruzov (61 kq), Arseniy Djioyev (86 kq) və Osman Nurmaqomedov (92 kq) isə bürünc medala yiyələnib.










































































