
Mingəçevir şəhərində yerləşən “Kür” Olimpiya Tədris-İdman Mərkəzində III MDB Oyunları çərçivəsində taekvondo yarışlarına start verilib.
Sportnet.az-ın məlumatına görə, ilk gündə 7 çəki dərəcələrində yarışlar keçirilib.
Oğlanlar 54 kq, 63 kq, 74 kq və 87 kq, qızlar isə 46 kq, 53 kq və 62 kq çəki dərəcələrində çıxış ediblər.
Azərbaycan təmsilçiləri beş çəki dərəcəsində finala yüksəliblər: kişilərdə Ümid Rəhimzadə (54 kq), Ziya Həsənli (63 kq), Elcan Əliyev (74 kq), qadınlarda isə Humay Dadaşova (46 kq) və Məryəm Məmmədova (53 kq).
Eyni zamanda, altı taekvondoçu bürünc medalın sahibi olublar. Oğlanlardan Tamerlan Yaqubov (54 kq), Allahverdi Məmmədov və Zeynal Əliyev (hər ikisi – 87 kq), qadınlardan isə Səlimə Quliyeva (46 kq), Nilufər Borci (53 kq) və Nərgiz Kazımova (62 kq) bu nailiyyəti əldə edib.