
ABŞ-ın Las Veqas şəhərində keçirilmiş UFC 320 gecəsində braziliyalı döyüşçü Aleks Pereyra rusiyalı Maqomed Ankalayevi məğlub edib.
Sportnet.az xəbər verir ki, döyüş elə birinci raundda başa çatıb.
Pereyra texniki nokautla qələbə qazanıb. Görüş 1 dəqiqə 20 saniyə davam edib.
Bu ilin martında Ankalayev UFC 313 turnirinin çempionluq döyüşündə Pereyraya hakimlərin yekdil qərarı ilə qalib gəlib.
İndi isə 33 yaşlı idmançı karyerasında 3-cü məğlubiyyətlə üzləşib. Onun 38 yaşlı rəqibinin də 3 məğlubiyyəti var. Ankalayev 21, Pereyra 12 qələbə qazanıb.