
Azərbaycan boksçuları III MDB Oyunlarında daha 5 qızıl medal qazanıb.
Sportnet.az-ın məlumatına görə, Yevlax Olimpiya İdman Kompleksində təşkil olunan yarışın son günündə oğlanlardan ibarət yığma üzvləri 5 final görüşünün hamısından qalib ayrılmağı bacarıblar.
Qardaş Rəhimov (46 kq) özbəkistanlı Utkirbek Norkosimova 3:2, Əli Əliyev (48 kq) tacikistanlı Azamjon Hasanova 3:2, Əli Abaslı (52 kq) qazaxıstanlı Edige Nurqojaya 3:2, Şahin Aslanov (60 kq) özbəkistanlı Otabek Nurmaxamadova 4:1 hesabı ilə qalib gəlib. Son qarşılaşmada isə Səfdər Məmmədzadə (+80 kq) daha bir özbəkistanlı Farxodjon Baxadirovu üstələyib - 4:1.
Bundan başqa, Əli Ruşanov (46 kq), Ayxan Həsənov (50 kq), Raul Heydərli (57 kq), Əflatun İsmiyev (57 kq), Toğrul Quliyev (60 kq), Haxverdi Həsənov (63 kq), Adil Zalov (70 kq), Şükar Əliyev (75 kq), İsmayıl Vəliyev (80 kq) bürünc medallar qazanıblar.
Qeyd edək ki, ilk yarış günündə Azərbaycanın qızlardan ibarət komandası 1 qızıl, 5 gümüş, 4 bürünc medal əldə edib. Beləliklə, Azərbaycan boksçuları MDB Oyunlarında 24 medal qazanıblar.