
Perunun paytaxtı Limada gənclər arasında cüdo üzrə dünya çempionatı start götürüb.
Sportnet.az-ın məlumatına görə, ilk yarış günündə Azərbaycan yığması bir bürünc medal qazanıb.
Bu, 66 kq çəki dərəcəsindəki Məhəmməd Musayev və Nizami İmranovun 3-cü yer uğrunda görüşə vəsiqə qazanmaları sayəsində mümkün olub.
Onlar həlledici qarşılaşmada bir-birilərinə rəqib olublar. Görüşün nəticəsindən asılı olmayaraq, bürünc medal Azərbaycanın aktivinə yazılacaq.