Azərbaycan millisinin daha 2 boksçusu Macarıstanın. Payyaxtı Budapeştdə keçirilən U-23 Avropa çempionatında yarımfinala yüksəlib.
Sportnet.az xəbər verir ki, Sübhan Mamedov (50 kq) və Səbuhi Əlizadə (+90 kq) 1/4 finalda qələbə qazanıblar.
Mamedov italiyalı rəqibinə 5:0 (30:27, 30:27, 30,27, 30:27, 30:27), Əlizadə isə ukraynalı boksçunu ikinci raundda tam üstünlüklə məğlub edib.
Onların yarımfinalda rəqibləri müvafiq olaraq, irlandiyalı və xorvatiyalı idmançılar olacaq.
Bu mərhələnin döyüşləri noyabrın 28-də olacaq.
Qeyd edək ki, daha öncə Azərbaycan boksçularından Tağı Nəsibov (60 kq) 1/4 final görüşünü qələbə ilə başa vurub. Finala gedən yolda onun rəqibi bolqarıstanlı olacaq. Hər 3 boksçu özlərinə bürünc medalı təmin edib.












































































