Bu gün cüdo üzrə qadınlar və kişilər arasında Azərbaycan çempionatına start veriləcək.
Sportnet.az-ın məlumatına görə, Bakı İdman Sarayında keçiriləcək yarışda 50 klub və idman cəmiyyətindən 206 cüdoçu (154 kişi, 52 qadın) ümumilikdə 14 çəki dərəcəsində qüvvəsini sınayacaq.
5–6 dekabrda fərdi, 7 dekabrda isə komanda yarışları baş tutacaq. Hər gün saat 10:00-da təsnifat görüşləri, 17:00-da isə final blokları keçiriləcək.
Yarış “CBC Sport” telekanalında və Azərbaycan Cüdo Federasiyasının rəsmi “YouTube” kanalında canlı yayımlanacaq.
Qeyd edək ki, püşk nəticəsində cüdoçuların ilk rəqibləri belə müəyyənləşib:






























































































