Bakı İdman Sarayında güləş üzrə Azərbaycan çempionatına start verilib.
Sportnet.az xəbər verir ki, ilk yarış günündə yunan-Roma güləşi üzrə 55 kq, 63 kq, 72 kq, 82 kq və 97 kq çəki dərəcələrində finalçılar müəyyənləşib.
55 kq
Elmir Əliyev (Neftçi) – Rəşad Məmmədov (“Neftçi”, Şəmkir)
63 kq
Ziya Babaşov (Neftçi) – Sakit Quliyev (Neftçi)
72 kq
Fəraim Mustafayev (Neftçi) – Xalid Həsənov (Neftçi)
82 kq
Elmin Əliyev (MOİK Lənkəran) – Tuncay Vəzirzadə (Neftçi)
97 kq
Məhəmməd Əhmədiyev (Neftçi) – Murad Əhmədiyev (Neftçi)
Qeyd edək ki, yanvarın 8-də bu çəkilərdə qaliblər müəyyənləşəcək. Eyni zamanda 60 kq, 67 kq, 77 kq, 87 kq və 130 kq-da mübarizəyə start veriləcək.
Çempionatın açılış mərasimi 17:00-da başlayacaq.

















































































