Bakı İdman Sarayında keçirilən Azərbaycan çempionatında sərbəst güləş üzrə son 5 çəki dərəcəsində finalçılar müəyyənləşib.
Sportnet.az xəbər verir ki, yarışın dördüncü günündə 61 kq, 70 kq, 79 kq, 92 kq və 125 kq-da həlledici görüşlərə vəsiqə qazanan pəhləvanların adlarına aydınlıq gəlib.
61 kq
Nürəddin Novruzov (Neftçi) – Ceyhun Allahverdiyev (MOİK)
70 kq
Kənan Heybətov (Sərhədçi) – Ramik Heybətov (AHİTA)
79 kq
Fərid Cabbarov (Neftçi) – Cəbrayıl Hacıyev (AGF)
92 kq
Abubakr Abakarov (AGF) – Ali Tsokoyev (AGF)
125 kq
Giorgi Meşvildişvili (Neftçi) – Yusif Dursunov (Neftçi)
Yanvarın 11-də bu çəkilərdə həlledici qarşılaşmalar keçiriləcək. Saat 10:00-da təsəlliverici, 12:00-da isə medallar uğrunda görüşlər baş tutacaq.



























































































