Gənc qızlardan ibarət Azərbaycan milli komandası Yaponiyaya təlim-məşq toplanışına yollanıb.
Federasiyanın mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, Osaka şəhərində təşkil olunan hazırlıq prosesində fiziki və texniki-taktiki çalışmalar icra olunur.
Böyük məşqçi Saşa Herkenrat-Vimar və böyük performans analitik Zaur Babayevin rəhbərlik etdiyi toplanış yanvarın 30-da başa çatacaq.















































































