Gəncə İdman Sarayında təşkil olunan güləş üzrə U-20 Azərbaycan çempionatına yekun vurulub.
Sportnet.az az xəbər verir ki, yarışın sonuncu – beşinci günündə sərbəst güləşdə 61 kq, 70 kq, 79 kq, 92 kq və 125 kq-da medalçılar müəyyənləşib.
Güləşçilərlə yanaşı, çempionatın ən yaxşı hakimi Vüqar Şükürov seçilərək xüsusi mükafatla təltif edilib.
61 kq
- Camal Abbasov (“Neftçi”, Gəncə)
- Məhəmmədəli Əlizadə (İmişli)
- Cəbrayıl Verdiyev (Gəncə, AHİTA), Nicat Həsənov (AİJA)
70 kq
- Hacı Kərimov (Neftçi)
- Sadiq Hüseynov (Neftçi)
- İsa Yusibov (Neftçi), Kamal Məmmədov (Neftçi)
79 kq
- Elcan İsmayılzadə (Neftçi)
- Əli Hacıyev (AİJA)
- Ülfət Məmmədov (Mywrestling), Şeyxəli Babazadə (DİN)
92 kq
- Hüseyn Məmmədtağızadə (Neftçi)
- İsmayıl Əsədli (Gəncə, Təhsil-1)
- Əlim Əlimov (DİN), Nicat Qurbanov (Lokomativ)
125 kq
- Yusif Dursunov (Neftçi)
- Muxamad Qantemirov (AGF)
- İsmayıl Kərimov (Neftçi)





















































































