Cüdo üzrə Azərbaycan milli komandası Fransanın paytaxtı Parisdə keçirilən Böyük Dəbilqəni bir dəst medalla başa vurub.
Sportnet.az-ın məlumatına görə, sonuncu yarış günündə Zelim Tçkayev gümüş medala sahib olub.
81 kq çəki dərəcəsində yer alan Tçkayev finalda yaponiyalı Yuhei Oynoya uduzub.
Qeyd edək ki, daha əvvəl Balabəy Ağayev (60 kq) gümüş, Ruslan Paşayev (66 kq) bürünc medal qazanıb.














































































