Monteneqronun Budva şəhərində gənc boksçular arasında Dünya kuboku statuslu beynəlxalq “Adriatik incisi” turnirinə yekun vurulub.
Sportnet.az xəbər verir ki, Azərbaycan millisi 18 ölkənin qatıldığı yarışda 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıb.
Rza Rzayev (70 kq) bütün rəqiblərinə qalib gəlib. O, finalda Maksim Kirillovu (Bolqarıstan) 4:1 (30:27, 28:29, 29:28, 29:28, 29:28) hesabı məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Heydər Əzməmmədov (85 kq) gümüş, Vüsal Xəlilov (65 kq) və Zaur Səmədov (90 kq) bürünc medala yiyələniblər.
Milli bu göstərici ilə komanda hesabında 3-cü yeri tutub.


















































































