Polşanın Poznan şəhərində keçirilən cüdo üzrə gənclər arasında Avropa Kuboku başa çatıb.
Sportnet.az xəbər verir ki, son yarış günündə milli komandamızın bir üzvü fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. -
52 kq çəki dərəcəsində mübarizə aparan Aysun Məmmədova bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb.
O, finala gedən yolda Nina Potok (Polşa), Lola Hodson (Böyük Britaniya) və Sofia Kordovanı (İsveç) mübarizədən kənarlaşdırıb. Həlledici görüşdə Böyük Britaniyanın digər təmsilçisi Keyt Çişolmu da məğlub edən Məmmədova karyerasında ilk dəfə gənclər arasında beynəlxalq turnirin qalibi olub.
Qeyd edək ki, yarışda 21 ölkədən 267 cüdoçu qüvvəsini sınayıb.












































































