Gürcüstanın paytaxtı Tbilisidə keçirilən cüdo üzrə böyüklər arasında Avropa çempionatının ikinci günündə Azərbaycanın bir cüdoçusu mübarizəyə qoşulacaq.
Sportnet.az xəbər verir ki, olimpiya, dünya və 4 qat Avropa çempionu Hidayət Heydərov tatamiyə çıxacaq.
73 kq çəki dərəcəsində yer alan 29 yaşlı idmançının ilk görüşü 1/16 final mərhələsinə təsadüf edəcək.
O, Yunanıstan təmsilçisi Konstantinos Tsaparasla qarşılaşacaq.
Təsnifat mərhələsi saat 10:00-da, final bloku saat 16:00-da başlanacaq.
Qeyd edək ki, ilk yarış günündə Əhməd Yusifov (60 kq) və Turan Bayramov (66 kq) bürünc medal qazanıb. Balabəy Ağayev (60 kq) və Şəfəq Həmidova (48 kq) isə 5-ci yeri tutub.














































































