Qadın güləşi üzrə Avropa üçüncüsü Jalə Əliyeva (57 kq) federasiyanın mətbuat xidmətinə təəssüratlarını bölüşüb.
Sportnet.az-ın məlumatına görə, o, çempion ola bilmədiyi üçün məyusluğunu ifadə etdi:
“Bu yarışa çox güclü hazırlaşmışdıq. Məqsədim çempion olmaq idi. Ötən il də yarimfinalda zədələndiyim üçün görüşü davam etdirə bilməmişdim. Bu dəfə çempion olmaq istəyirdim. Təəssüf ki, alınmadı. Müəyyən səhvlərə yol verdim. Bu səhvlərin üzərində çalışıb, əlimdən gələnin ən yaxşısını edəcəyəm”.















































































