Azərbaycan Premyer Liqasının XXXII turunun oyunları ilə bağlı bir sıra qərarlar qəbul olunub.
Sportnet.az xəbər verir ki, “Sabah” – “Neftçi” matçının 85-ci dəqiqəsində meydan sahiblərinin futbolçusu Coy Lens Mikels rəqibə topu aqressiv şəkildə atdığı üçün birbaşa qırmızı vərəqə alıb.
Təcavüzkar davranışa görə hücumçu 1 oyun şərti olmaqla 2 oyunluq cəzalanıb. “Sabah” klubu isə 3000 manat cərimə edilib. Futbolçu üçün 6 aylıq sınaq müddəti müəyyənləşdirilib.
Həmin görüşdə “Neftçi”nin oyunçusu Emil Səfərov ikinci sarı vərəqədən sonra qırmızı vərəqə aldığı üçün 1 oyunluq diskvalifikasiya olunub. Bakı təmsilçisi əlavə olaraq 500 manat cərimə ödəyəcək.
Bundan başqa, “Şamaxı” – “Turan Tovuz” qarşılaşmasında Qərb təmsilçisinin 5 futbolçusu sarı vərəqə aldığına görə klub 700 manat cərimələnib.







































































