Almaniyanın paytaxtı Berlində keçirilən cüdo üzrə yeniyetmələr arasında Avropa Kuboku başa çatıb.
Sportnet.az xəbər verir ki, son yarış günündə Azərbaycan cüdoçuları 3 gümüş və 3 bürünc olmaqla 6 medal əldə ediblər.
Sadiq Məmmədov (73 kq), Ayxan Həsənli (81 kq) və Ömər Axundov (90 kq) ikinci yeri tutaraq gümüş medala sahib olublar. Amin Mehdiyev, Yaqub Məmmədov (hər ikisi 81 kq) və Ruslan Kazımov (+90 kq) isə bürünc mükafata layiq görülüblər.
Xatırladaq ki, daha əvvəl Nihad Ağayev (50 kq), Fərid Xudiyev (55 kq) qızıl, İbrahim Talıbov (55 kq), Sunay Salamova 40 kq) gümüş, İlkin Qarayev (66 kq), Pərvin Sevxanlı (44 kq) və Nərmin Ağamirzəzadə (52 kq) isə bürünc medal qazanıblar.
Beləliklə, aktivində 2 qızıl, 5 gümüş və 6 bürünc medal olan Azərbaycan millisi turniri 35 ölkə arasında ümumi komanda hesabında üçüncü pillədə başa vurub. Oğlanların mübarizəsində isə yığma birinci yeri tutub.
















































































