Rusiyanın Sankt Peterburq şəhərində keçirilən boks üzrə yeniyetmələr arasında dünya birinciliyində finalçılar məlum olub. Sportnet.az-ın Azərbaycan Boks Federasiyasına istinadən verdiyi məlumata görə, Azərbaycan milli komandasının üzvü Məhəmməd Abdullayev (+80 kq) yarımfinalda yerli boksçu Dmitri Fomini məğlub edib - 2:1.
Azərbaycanlı əlcək sahibi qızıl medal uğrunda görüşdə almaniyalı Daniel Malsamla qarşılaşacaq. Orxan Həsənov (54 kq) isə yarımfinalda ABŞ boksçusu Mark Kastroya uduzaraq, bürünc medalla kifayətlənib.
Qeyd edək ki, dünya birinciliyinə bu gün yekun vurulacaq.