Noyabrın 13-dən Slovakiyanın Bratislava şəhərində cüdo üzrə gənclər arasında Avropa birinciliyi keçiriləcək. Sportnet.az-ın məlumatına görə, 3 gün davam edəcək yarışda Azərbaycan cüdoçuları da mübarizə aparacaq.
Qitə birinciliyində ölkəmizi məşqçilər Elçin İsmayılov və Rəşad Məmmədovun rəhbərliyi altında 10 idmançı təmsil edəcək. Yarışda Rəşad Rufullayev (66 kq), Telman Vəliyev (66 kq), Cəlil Şükürov (100 kq), Hidayət Heydərov (73 kq), Rüfət Tağızadə (60 kq), Davud Məmmədov (60 kq), Rirudin Dadaşov (90 kq), Zelym Kotsoiev (90 kq), Səkinə Zairova (57 kq) və Leyla Əliyeva (48 kq) iştirak edəcək.