1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Azərbaycan klubu heyətini açıqladı
Azərbaycanı WSB (Ümumdünya Boks Seriyası) Liqasında təmsil edən "Baku Fires" klubu VI mövsüm üçün heyətini açıqlayıb. Klubun mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, baş məşqçi Nuripaşa Talibov siyahıya 23 boksçunun adını daxil edib.
Onların arasında 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına vəsiqə qazanan Albert Səlimovla Pərviz Bağırov da var. Bu boksçular yalnız ehtiyac yaranarsa, rinqə çıxacaqlar. Son dünya çempionatının bürünc mükafatçısı Abdulqadir Abdullayev millinin düşərgəsində lisenziya yarışlarına hazırlaşsa da, onun da adı heyətə salınıb. Komandanın liderləri Heybətulla Hacəliyev (64 kq), Nikolay Veselov (75 kq), Soltan Migitinov (81 kq) və Arslanbek Mahmudov (+91 kq) bu mövsümdə də WSB Liqasında çıxış edəcəklər.
49 kq: Cavid Dadaşov, Rasul Saliyev.
52 kq: Məhəmməd İbiyev, Murad Rabadanov.
56 kq: Məhəmməd Qurbanov, Yaraş Məhəmmədov.
60 kq: Albert Səlimov, Nəsrəddin Məmmədov, Hasan Arsunkayev.
64 kq: Heybətulla Hacəliyev, Zaur Abdullayev.
69 kq: Pərviz Bağırov, Tamerlan Abdullayev, Yevgeni Ramaşkeviç.
75 kq: Nikolay Veselov, Zaurbek İbraimov, Badri Xardziani.
81 kq: Soltan Migitinov, Jaba Xositaşvili, Mixail Dolqolivets.
91 kq: Abdulqadir Abdullayev, Hacı Murtuzəliyev.
+91 kq: Arslanbek Mahmudov.
"Baku Fires" ilk görüşünü yanvarın 23-də Qazaxıstanın Karaqanda şəhərində "Astana Arlans"a qarşı keçirəcək. Azərbaycan təmsilçisi fevralın 5-də Bakıda Özbəkistan komandasını qəbul edəcək. Nuripaşa Talıbovun rəhbərliyi altında hazırlıq ABF-nin Boks Mərkəzində gündə iki dəfə aparılır.