İlk yarış günündə 59 kq-da mübarizə aparan Azərbaycan yunan-Roma güləşçisi Kərim Cəfərov bürünc medal qazanıb.
80 kq çəkidəki Emin Əhmədov və 98 kq çəkidə yer alan Orxan Nuriyev bürünc medal uğrunda görüşdə uduzaraq, turniri 5-ci sırada tamamlayıb.
Qeyd edək ki, yığmamızın üzvlərindən İslambek Dadov, Rövşən Tağıyev (hər ikisi 66 kq), Sultan İsmayılov (85 kq) və Oyan Nəzəriani (130 kq) mübarizəyə qatılacaq.














































































