Rusiyanın Tuva Respublikasında kikboksinq üzrə yarışda 21 yaşlı idmançının rinqdə 16 yaşlı rəqibinə endirdiyi zərbə nəticəsində yeniyetmə ölüb. Sportnet.az-ın məlumatına görə, bu haqda Tuva Respublikasının İstintaq İdarəsinin mətbuat xidməti açıqlama yayıb.
Məlumata görə, hadisə Tuva Respublikasının Çadana şəhərinin Dzun-Xemçik rayonunda baş verib. 54 çəki dərəcəsində kikboksinq üzrə açıq çempionatda 21 yaşlı idmançı ayağı ilə 16 yaşlı kikboksinqçinin qarın boşluğu nahiyəsinə zərbə endirib. Zərbədən sonra yeniyetmə huşunu itirib. Həkimlərin yardım etməsinə baxmayaraq, idmançı rinqdə həyatını itirib.
Fakt üzrə istintaq işi başlayıb.