1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Millimiz Bakıya qayıtdı
Meksikanın Qvadalaxara şəhərində olimpiya oyunlarına son lisenziya xarakterli "World Masters" turnirində 4 medal qazanmış Azərbaycan cüdoçuları Bakıya qayıdıb. Sportnet.az-ın məlumatına görə, milli komandanın üzvlərini Heydər Əliyev adına Beynəlxalq Hava Limanında Azərbaycan Cüdo Federasiyasının rəsmiləri, idman ictimaiyyətinin nümayəndələri, jurnalistlər və bir qrup azarkeş qarşılayıb.
Qarşılama mərasimində cüdoçuların şəninə müxtəlif təzahüratlar səsləndirilib.
Qeyd edək ki, "World Masters" turnirində cüdoçularımızdan Orxan Səfərov (60 kq), Elmar Qasımov (100 kq) qızıl, Nicat Şıxəlizadə (66 kq) və Rüstəm Orucov (73 kq) isə bürünc medala sahib olublar. Azərbaycan millisi 51 ölkənin qatıldığı turniri kişilərin sıralamasında 1-ci,ümumi sıralamada 2-ci pillədə başa vurub.