1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Komandamız Lüksemburqa gedir
Azərbaycanın taekvondo üzrə yığma komandamızın üzvləri növbəti yarışa qatılmaq məqsədi ilə bu gün Lüksemburqa yollanıb. Sportnet.az-ın məlumatına görə, təlim-məşqlərin ardından Avropaya yola düşən komanda üzvləri həftəsonu "Luxembourg Open”ə qatılacaq.
G1 kateqoriyalı turnir, həm reytiq xalları, həm də Rio Yay Olimpiya Oyunları öncəsi taekvondoçular üçün önəmli əhəmiyyət kəsb edir. Kişilərdən ibarət millinin baş məşqçisi Reza Mehmandust və böyük məşqçi Elnur Amanov bu yarışda tam heyətə üstünlük verib. Ölkəmizi Məcid Sofiyev (54 kq), Mikayıl Əliyev (58 kq), Məhəmməd Məmmədov (63 kq), Sina Bahrami və Ayxan Tağızadə (hər ikisi 68 kq), Səid Quliyev (74 kq), Milad Beigi Hərçəqani (80 kq), Ramin Əzizov, Payam Qobadi Oğaz (hər ikisi 87 kq), Radik İsayev (+87 kq) təmsil edəcək.
Qadınlardan isə yalnız Fəridə Əziziova (67 kq) mükafatlar uğrunda mübarizə aparacaq. Əzizovanın klubdakı məşqçisi Səbuhi Zülfüqarov və Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev də komanda ilə birgə Lüksemburqa yollanıb.
Kişilərdən ibarət millimiz iyulun 12-də Vətənə dönəcək. Fəridə Əzizova isə dəvət əsasında Serbiyanın Olimpiya lisenziyalı idmançısı Milika Mandiç ilə birgə 10 günlük təlim məşq toplantısı üçün Lüksemburqdan birbaşa Belqrada yollanacaq.