İsveçin paytaxtı Stokholmda yeniyetmə güləşçilər arasında Avropa çempionatı davam edir. Sportnet.az-ən məlumatına görə, dördüncü yarış günündə 40, 46, 52, 60 və 70 kq çəkidə yeniyetmə qızlar mübarizə aparır.
Yığmamız 2 çəkidə idmançı ilə təmsil olunub. Ancaq nə Aytən Yusifona, nə də Sevinc Əhədova mükafatçılar sırasına düşüb. Yeniyetmə qızların ilk yarış günündə Jalə Əliyev (49 kq) komandamıza gümüş medal qazandırıb.
40 kq
Təsəlliverici görüş - Nastassia Kurişta (BLR) - Ayşən Yusifova 2:0
1/4 final - Ayşən Yusifova - Roksana Aleksandra Tif (ROM) 2:5
1/8 final - Ayşən Yusifova - Tatsiana Blinkuskaya (BLR) 13:4
46 kq
1/16 final - Sevinc Əhədova - Emma Malmgren (SWE) 0:6