1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Millimiz Moskvada 5 medal qazandı
Azərbaycanın taekvondo üzrə gənclərdən ibarət yığma komandası Moskvada keçirilən "Russian Open" turnirində 1 qızıl, 2 gümüş, 2 bürünc medal qazanıb.
Federasiyanın mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, Rusiya Taekvondo Birliyi və İdman Nazirliyi tərəfindən təşkil edilən sayca 6-cı G2 dərəcəli yarış Moskvanın "Dostluq” idman arenasında təşkil olunub.
Mamed Abdullayevin yetirmələrindən Əliəsgər Əliyev (68 kq) finalda rusiyalı rəqibini üstələyərək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Cavid Məmmədov (48 kq) və Mehriban Məmmədova (42 kq) gümüş, Aliyə Zeynalova (44 kq) və Leyla Məmmədova (49 kq) bürünc medala sahib çıxıb.