1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Rüstəm Orucov "Böyük Dəbilqə"nin gümüş medalçısı oldu
Azərbaycanlı cüdoçular Rüstəm Orucovla Fəqan Quluzadənin Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Abu-Dabidə keçirilən cüdo üzrə "Böyük Dəbilqə" turnirinin həlledici görüşləri uğursuz olub. Sportnet.az-ın məlumatına görə, Quluzadə bürünc medal uğrunda döyüşdə rusiyalı Moquşkova uduzub.
O, 1/8 finalda pakistanlı Nadim Akramdan üstün olub. Onun 1/4 finalda yolu eyni çəkidə mübarizə apardığı təcrübəli həmyerlisi Rüstəm Orucovla kəsişib. "Rio-2016"nın gümüş medalçısı olan Orucov bu dueldən qalib ayrılıb. Bununla da ilkin təsəlliverici görüşə qatılan Fəqan braziliyalı Aleks Villiam Pombo Silvaya qalib gəlmişdi.
Orucov isə final görüşüdə isveçli Tommi Makiasa uduzaraq Yay Olimpiya Oyunlarında olduğu kimi, gümüş medalla kifayətlənməli olub. Onun 1/8 finalda rəqibi olmadığından, mübarizəyə 1/4 final mərhələsindən start vermişdi. Rüstəm yarımfinalfda BƏƏ idmançısı Viktor Skvortovdan güclü olmuşdu.
Qeyd edək ki, 81 kq çəkidə yarışan Elvin Əhmədli və Ruslan Fərruxzadə ilk görüşdə məğlub olaraq turnirdə mübarizəni dayandırıblar.